Sürücülərin nəzərinə - Vacib yenilik: Avqustun 7-dən...

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanmanın idarə edilməsi ilə bağlı mobil tətbiqi təqdim edib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, təqdimat AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev tərəfindən həyata keçirilib.

O vurğulayıb ki, mobil tətbiq artıq hazırdır.

"Avqustun 7-dən istifadəyə veriləcək. Mobil tətbiq vasitəsilə parklanma yerləri idarə ediləcək. İstifədəçilər mobil tədbiq vasitəsilə boş parklanma yerlərini tapa biləcəklər. Mobil tətbiq istifadəçilərin vaxtlarına qənaət etməyə imkan verəcək ",- deyə o əlavə edib.

A. Rzayev deyib ki, parrkalanma yerlərinin doluluğu ilə bağlı məlumatlar mobil tətbiqdə xəritə üzərində rənglərlə əks ediləcək.

"Əgər parklanma yerlərində doluluq 80 faizdən aşağıdırsa yaşıl rəngdə olacaq, əgər doluluq 80 faizdən çoxdursa bu zaman qırmızı rəngdə olacaq ",- deyə o bildirib.AYNA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31