Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad edilib

"Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin sədri vəzifəsindən azad edilib

Olaylar.az APA-ya istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin sədri Rasim Bağırov vəzifəsindən azad edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, Rasim Bağırov 2021-ci ilin avqust ayından bu vəzifəyə təyin olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31