Mübariz Mənsimovun atasının 40 məclisinə məşhurlar axın etdi - FOTO
29 İyul 2023 19:56 SosialBu gün Bakıda Heydər məscidində "Palmali" şirkətinin prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun mərhum atası Qurbanəli Mənsimovun 40 mərasimi təşkil olunub.
Olaylar.az Metbuat.az-a istinadən bildirir ki, bu barədə "Palmali"nin mətbuat katibi Fidan Quliyeva məlumat yayıb.
1000-dən çox insanın iştirak etdiyi mərasimə elm, sənət, incəsənət, idman, siyasət adamları, şəhid ailələri və qazilər, o cümlədən ictimaiyyət nümayəndələri qatılıb.
Məhkəmə qərarı səbəbiylə Mübariz Mənsimov mərasimə qatıla bilməyib. İş adamı mərhum atasının məzarını ziyarət edənlərə canlı video bağlantı vasitəsilə minnətdarlığını çatdırıb. Mübariz Mənsimovun kövrək çıxışı atasının məzarı başına toplaşanları kövrəldib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31