Güclü şimal-qərb küləyi bu gün axşama tədricən zəifləyəcək

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Qeyd olunub ki, güclü şimal-qərb küləyi axşama tədricən zəifləyəcək, havanın temperaturu gecə 20-25° isti, gündüz 25-28° isti olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə güclü şimal-qərb küləyi əsəcək
[10:16, 29.07.2023] Fatma Xanım Olaylar: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi bu gündən Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq Şimal-Qərb küləyi ilə bağlı gəmilərə xəbərdarlıq edib.

İyulun 29-dan Xəzər dənizi akvatoriyasında başlayacaq külək iyulun 30-u səhər saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində dalğanın hündürlüyü 2-3 metr, sonrakı inkişafda 3,5-5,5 metrə çatacağı proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31