Vilayət Eyvazov məşhur polkovniki işdən çıxardı

Daxili İşlər Nazirliyinin məşhur polkovniki işdən çıxarılıb.

GÜN TV nin əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Onun yerinə hələlik təyinat yoxdur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31