Pul verib diplom alanlar savadlı olmurlar - ÖZƏL
28 İyul 2023 10:52 Sosial"Pul verib diplom əldə edənlər, qeyri peşəkarlar, ixtisasına uyğun olmayan, vəzifələrdə irəli çəkilənlər savadlı olmurlar".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. Onun sözlərinə görə, o xidmətin gələcəyini aldatmaq deməkdir:
"Xidməti savadlılara tapşırmaq lazımdır. Yüz illərlə tarixə malik olan xidməti qorumaq lazımdır. Yaxşı ki, ölkəmizin savadlı Prezidenti, Vitse-Prezidenti, nazirləri var. Onlar savadlarına arxayındırlar. Onların qabağına daş qoyanlar savadsız insanlardır. Onları pul asanlıqla yoldan çıxarır". Hüquqşünas əmin olduğunu bildirib ki, bu xidməti məqsədli şəkildə ucruma aparanlar, məhvinə calışanlar tezliklə öz layiqli cəzasını alacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31