7 nəfər vəzifədən azad edilib - Baş prokuror

222 prokurorluq işçisi həvəsləndirilib

Olaylar.az-ın məlumatına görə, bunu bu gün Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, 2023-cü ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilmiş, 7 nəfər vəzifədən azad edilmiş, 17 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.

"İntizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 14-ü Baş Prokurorluğun İntizam Komissiyasında, 6-ı isə Etik Davranış Komissiyasında baxılmışdır.

2023-cü ilin birinci yarımili ərzində 222 prokurorluq işçisi həvəsləndirilmiş, 6 prokurorluq işçisinə isə vaxtında əvvəl rütbə verilmişdir", - deyə o, əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31