İlqar Məmmədov reallıq hissini itirib - ÖZƏL

"İlqar Məmmədova elə gəlir ki, bu gün ölkədə az qala hamı öz saatını məhz REAL Partiyasının saatı ilə tutuşdurur və guya çox adam REAL-ın qeydiyyat məsələsini bundan sonra necə bir ölkədə yaşayacağını anlamaqdan ötrü izləyir, "çıxaq gedək, ya qalaq?" sualına cavab axtarır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, bu düşüncələr bir daha onu göstərir ki, İlqar Məmmədov həqiqətən də reallıq hissini itirib:
"O, sanki cəmiyyətdən qopmuş kimi, özünün təxəyyülündə uydurduğu paralel bir dünyada yaşayırmış kimi fikir yürüdür. Nədənsə, o, özünü inandırıb ki, REAL-ın guya cəmiyyətdə böyük nüfuzu var və hökumət bu partiyanı qapatsa, çoxları ölkəni tərk edəcək. Ancaq əsl həqiqətdə isə, bu, sadəcə İlqarın fantaziyasının məhsuludur". 
Əlisahib Hüseynov deyib ki, bu saat ölkədə rəy sorğusu keçirilsə, çoxlarının ölkədə REAL adında partiyanın mövcudluğundan xəbərsiz olduğu üzə çıxacaq:

"Ona görə də mən təklif edirəm ki, sosioloji sorğu mərkəzləri mütləq belə bir rəy sorğusu keçirsinlər, qoy, İlqar Məmmədov gözlərindəki çəhrayı eynəyi çıxarsın, o sorğunun nəticələrini öz gözləri ilə görsün və reallıq hissinə qayıtsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31