TikTok mətn postu funksiyasını elan edib- ÖZƏL

Olaylar.az xəbər verir ki,  video paylaşma proqramı TikTok elan edib ki, indi yalnız mətn yazıları da paylaşıla bilər.

TikTok mikrobloq formatına uyğun məzmun paylaşmağa imkan verən yeni funksiyasını təqdim edib.

Müvafiq olaraq, istifadəçilər yalnız mətn məzmunu, həmçinin video və foto seriyalar yarada və dərc edə biləcəklər. Mətn yazıları Instagram Hekayələrindəki yazılara bənzər şəkildə yaradıla bilər, o cümlədən fon rəngi, mətn tərzi, musiqi və hashtaglar qoyula bilər. Yazılar min simvolla məhdudlaşacaq.

TikTokdan əvvəl Meta Instagram-a qoşulan mikrobloq platforması olan "Threads"ı təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31