Azərbaycanda bir ilk - FOTO
24 İyul 2023 17:54 SosialAzərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri Natiq Zərbəliyev və "Artmood Agency"nin təsisçi və rəhbəri Xəyalə Mütəllimova arasında memorandum imzalanıb.
Olaylar.az Qlobal.net-ə istinadən xəbər verir ki, görüşdə imzalanan memorandumun hər iki sektor üçün faydalılığı və gələcək fəaliyyətlərdə inkişaf üçün təkan olacağı vurğulanıb. Memorandumun vacib nüanslarından biri isə Xəyalə Mütəllimovanın ilk qadın sahibkar olaraq assosiasiya ilə əməkdaşlığa dəvət olunmasıdır. Xüsusi qeyd etmək istərdik ki, buna qədər assosiasiya ilə heç bir qadın əməkdaşlıq etməyib. Bu avtomobil, reklam sektoru və Azərbaycan qadınının uğurudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31