Xaçmazda insan alverinə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib - FOTO
24 İyul 2023 14:05 SosialLayihənin rəhbəri, Hüquqi və Demokratik İslahatlar Mərkəzinin rəhbəri İlham Əliyev problemin aktuallığından və insan alveri cinayətlərinin dünyada yaratdığı fəlakətdən danışıb. O, bu mözuda beynəlxalq və yerli statistikanı səsləndirərək, bu sahədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. İlham Əliyev insan alveri cinayətlərinin qarşısının alınması üçün vətəndaş həmrəyliyinə nail olunmasının vacibliyini söyləyib. Layihə rəhbəri qeyd edib ki, gənclər xaricə gedərkən valideynlər diqqətli olmalı, yeniyetmə və gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsinə çalışmalıdırlar.
Layihənin eksperti, sosioloq Elçin Bayramlı gəncləri internet saytlarından və sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağa çağırıb və qeyd edib ki, insan alveri qurbanları əsasən uşaqlar, gənclər və savadsız insanlar olur: "Valideynlər xüsusilə diqqətli olmalı, azyaşlı uşaqları sosial şəbəkələrdən uzaq tutmalı, gənclərə isə nəzarət etməlidir. Bu sahədə maariflənmə vacibdir, media və qeyri-hökumət təşkilatları bu işdə fəal olmalıdırlar. Diləndirilən uşaqlarla, cinsi və digər məqsədlərlə istismar olunan vətəndaşlarla bağlı müvafiq orqanlara məlumat verməlidirlər. Ən əsası isə valideynlər uşaqlarını bu hallarla bağlı məlumatlandırmalı və onlara daim nəzarət etməlidirlər".

Dəryirmi masa iştirakçıları da öz fikirlərini səsləndirib, layihə ekspertlərinə suallar ünvanlayıb. Rayon ictimaiyyətinin nümayəndələri İkram İbrahimov, Fuad Ağayev, Günel Mədinova, Məhəmməd Nəcəfov, Sevil Kərbiyeva, Vəli Quliyev çıxış edərək bu sahədə maairflənmənin vacibliyini bildiriblər.
Sonda layihənin ekspertləri tərəfindən ictimaiyyət və media nümayəndələrini maraqlandıran suallara cavab verilib. İştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanıb.