“Kapital Bank”ın sözçüsü qurumdan getdi - ÖZƏL
24 İyul 2023 13:57 Sosial"Bu həftədən etibarən 7 ildən artıq mətbuat xidmətinin rəhbəri olduğum və bu gün 149 yaşını qeyd edən doğma Kapital Bank-dan ayrılıram. Bu illər təhsilim, peşəkar təcrübəm, yeni əlaqələr və tanışlıqlar baxımından olduqca uğurlu olub". "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı bankın mətbuat xidmətinin rəhbəri Pərviz Kamal özü facebook səhifəsində paylaşıb. Qeyd edib ki, bu uğura və inkişafa görə, ona inanan, etimad göstərən, dəstəkləyən bankın rəhbərliyinə, həmçinin həmkarlarıma təşəkkür edir:
"Fəaliyyətimizin effektiv olmasına birbaşa təsir edən, ölkənin media monitorinq reytinqlərində hər zaman bizi birinci edən Kütləvi İnformasiya Vasitələrinə, jurnalist dostlara da dəstəyə görə "çox sağ olun!" demək istərdim. Hər zaman demişəm, yenə təkrar edirəm - bizi, yəni mətbuat katiblərini "biz" edən media nümayəndələridir. Dostlar hər bir şeyə görə çox sağ olun!"
Pərviz Kamal yeni iş yeri ilə bağlı yaxın zamanlarda məlumat verəcəyini deyib: "Daha böyük, daha məsuliyyətli və daha strateji işlərə köməkliyinizlə birgə imza atmaq ümidilə!"