Gənc müəllimlər üçün Könüllülük proqramına start verildi - ÖZƏL

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən Könüllülük proqramına start verildi. "OLAYLAR"-a Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından daxil olan xəbərə görə, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar. 
Könüllülük proqramının davamı olan 6 aylıq təcrübə proqramı vasitəsilə onların seçdiyi sahə üzrə təcrübə qazanaraq inkişaf etmələrinə dəstək olacaq.
Könüllülük proqramında layihələrin idarə olunması üzrə könüllü, ictimaiyyətlə əlaqələr üzrə könüllü, tədbirlərin təşkili üzrə könüllü mövcud olacaq.
İştirakçılar könüllülük müddəti bitdikdən sonra tövsiyə məktubu, Assosiasiyanın təqdim etdiyi təlimlər və xidmətlərdən istifadə etmək, maraqlı olduğu sahədə özünü inkişaf etdirmək üçün mentor dəstək imkanları qazanacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31