Deputat təmizlik aksiyasına qatılıb - ÖZƏL
24 İyul 2023 10:50 SosialMillət vəkili Ceyhun Məmmədov sahil zolağında keçirilən təmizlik aksiyasında iştirak edib. "Olaylar"ın məlumatına görə, bu barədə millt vəkili özü məlumat verib: ""Dost" Gənclər Klubu və "Əkinci" ailəsinin üzvləri ilə birlikdə "El bir olsa" devizi altında növbəti təmizlik aksiyası keçirdik. Aksiya zamanı 2 hektardan artıq sahil zolağı plastik və digər tullantılardan təmizləndi. Aksiyanın keçirilməsində məqsəd sahilyanı ərazilərin tullantılardan təmizlənməsi və cəmiyyətə təbiətin qorunması ilə bağlı mesajın verilməsi idi".
.jpg)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31