Nikah müqaviləsi boşanma zamanı narazılıqları aradan qaldırır - ÖZƏL

"Son zamanlar boşanmaların yüksəlişə doğru  artmasıyla tərəflər arasında  ailə münasibətlrindən  doğan mülk, aliment davası,  uşaqların vaideynlərdən kimin yanında qalması məslələri ilə uzunsürən məhkəmə çəkişmələri, bəzən məhkəmə çəkişmələri zamanı xoşagəlməz qarşıdurmanın yaranmas üzücü problemə çevrilib". Bunu "Olaylar"a deyən vəkil Rövşən Qasımovun sözlərinə görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikaha daxil olmaq istəyənlərə nikah müqaviləsinin bağlanılması tövsiyə olunsa da, bu haqda çox az adam bilir:  "Nikah müqaviləsi barədə maarifləndirmə işi çox zəifdir və  odur ki, az adam bu müqavilənin üstünlüklərini bilmədiyi üçün nikaha daxıl olanlar arasında bu müqavilənin bağlanmasına tərəflər fikr belə vermirlər. Halbuki bu, boşanma zamanı tərəflər arasındakı narazılıqları minimuma endirər və ya bunu tamam aradan qaldırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31