Şəhid pilotumuzun anım günüdür
24 İyul 2023 10:50 SosialBu gün şəhid pilot, Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Rəşad Atakişiyevin anim günüdür.
Olaylar.az axar.az-a istinadən bildirir ki, 2019-cu il iyul ayının 24-də Xəzər dənizi üzərində gecə vaxtı döyüş şəraitinə maksimum yaxınlaşdırılmış təlimlər zamanı Rəşad Atakişiyevin idarə etdiyi MİQ-29 təyyarəsi ilə radio və radar əlaqələri kəsilmiş, təyyarə müammalı şəkildə Siyəzən rayonunun Zarat kəndi yaxınlığında dənizə düşmüşdü. 20 gündən çox aparılan intensiv axtarışlar nəticəsində onun nəşi və təyyarənin qalıqları dənizin dibindən çıxarıla bilmişdir. İgid pilotun dəfn mərasimi təntənəli şəkildə Azərbaycan hakimiyyəti tərəfindən təşkil olunmuş və o 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Allah rəhmət eləsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31