Əməkdar artistin adından dələduzluq - DİN-ə müraciət
22 İyul 2023 12:46 SosialƏməkdar artist Naibə Allahverdiyevanın adından dələduzluq edib.
Olaylar.az lent.az-a istinadən bildirir ki, aktrisanın "Instagram" və "Facebook" səhifələri oğurlanıb. Onun adından istifadə edən dələduzlar 500 manatlıq hədiyyə kartı vermək adıyla telefon nömrəsi tələb edirlər. Sonra nömrə vasitəsilə vətəndaşın bank hesablarını oğurlayırlar.
Naibə xanım artıq Daxili İşlər Nazirliyinə faktla bağlı məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31