Şükürlər olsun bugünkü günə - Laçına qayıdan sakin

Laçından çıxanda 14 yaşım var idi. İndi 45 yaşım var. 31 il bundan qabaq olub bu hadisə. Şükürlər olsun bugünkü günə.

Olaylar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında bu gün öz doğma yurd-yuvasına qayıdan növbəti Laçın sakini Xəlilov Fariz Ramiz oğlu deyib.

O bitən yurd həsrətini, öz evinə qayıdışını bu ifadələrlə çatdırıb:

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin, Dövlətimiz var olsun. Kimlər bu işdə əziyyət çəkib, Allah onun köməyi olsun. Xüsusi Təyinatlılarımız daxil olmaqla Allah hamısından razı olsun ki, bu xoş hissi bizə yaşatdılar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31