Atomların boşluğu çıxarılsa, dünya şəkər parçasına sığar
22 İyul 2023 09:00 SosialƏslində, atomun 99,9999 faizdən çoxu boş məkandır. Atom elektron buludları ilə əhatə olunmuş kiçik, sıx nüvədən ibarətdir. Nüvənin özü isə protonlardan və neytronlardan təşkil olunub.
Olaylar.az lent.az-a istinadən bildirir ki, elektron -1 elektrik yükünə, proton +1 elektrik yükünə malikdir, neytron elektrik yükü daşımır. Bütün elementlərin atomları eyni elektron, eyni proton və eyni neytronlardan yaranmışdır. Lakin elementlər atomlarındakı protonların sayı ilə fərqlənirlər. Nüvədəki protonların sayı elementin atom nömrəsini təşkil edir. Proton və neytron ikisi birlikdə nukleyin, yəni "nüvəyə (ingilis: nucleus) aid olan" adlanırlar.
Atomlarda boşluq daha çox yer tutur. Bunun səbəbi elektronların dalğalı hərəkət etməsidir. Elektronlar bir nöqtədə qalmır, onlar orbitin istənilən yerində ola bilər. Və buna görə də çox yer tutur.
Bütün atomlarda boşluq çıxarılsa dünya bir şəkər parçasına sığar.