Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin yataqxana problemləri müzakirə edilib- ÖZƏL
21 İyul 2023 14:07 SosialBakıda səfərdə olan Türkiyənin 81 şəhərində 3000-dən çox yataqxana ilə çalışan yurtlarburada.com -un direktoru Murad Durak tələbələr və valideynlər ilə görüş keçirib. Bu barədə "OLAYLAR"-a məlumat verən Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Tural Əfəndi deyib ki, görüşdə Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün daha rahat yataqxana tapmaq imkanları ətrafında fikir mübadiləsi aparılıb, tələbə və valideynləri bu istiqamətdə maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, yurtlarburada.com -un direktoru Murad Durak Marmara Grupun rəhbəri Fərid Həsənzadənin dəvəti ilə Bakıya gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31