DİN və DTX Laçında birgə əməliyyat keçirdi - FOTO
21 İyul 2023 10:02 SosialLaçında çətənə bitkiləri məhv edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumat yayıb.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Qarıqışlaq kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkarlanıb.
Yabanı halda bitən, ümumi çəkisi 2 ton 320 kiloqram olan 5 158 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31