Xərçəngdən vəfat edən Natəvanla bağlı süjet YAYIMLANDI – VİDEO
20 İyul 2023 23:15 SosialAzərbaycan Televiziyasında yayımlanan "Xəbərlər" verilişi bu gün dünyasını dəyişən aparıcı Natəvan Babayeva ilə bağlı süjet təqdim edib.
Olaylar.az bizim media-ya istinadla xəbər verir ki, sözügedən kanalın mərhum əməkdaşının Türkiyədən Vətənə gecə saatlarında döndüyü bildirilib.
Daha sonra Babayevanın vəziyyəti pisləşləşdiyi üçün o səhər saatlarında Milli Onkologiya Mərkəzinə yerləşdirilib. Lakin Natəvanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, uzun sürən onkoloji xəstəlikdən Natəvan Babayeva 46 yaşında vəfat edib. O, sabah Salyan rayonunda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31