TƏCİLİ: Xəstələnən Xalq artisti Bakıya GƏTİRİLİR
20 İyul 2023 12:10 SosialDünən Xalq artisti Şahnaz Haşımovanın yaşadığı Gəncə şəhərində Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsinə yerləşdirilməsi barədə məlumat vermişdik.
Olaylar.az lent.az-a istinadən bildirir ki, vəziyyəti nisbətən sabitləşmiş müğənninin müalicəsinin davam etdirilməsi üçün Bakıya gətirilməsinə qərar verilib.
Bu barədə onun bacısı Əməkdar artist Aybəniz Haşımova məlumat yayıb.
O bildirib ki, böyük bacısı Şahnaz Haşımovanın müalicəsi Gömrük Hospitalında davam etdirəcək.
66 yaşlı Şahnaz Haşımova şəkər və hipertoniya xəstəliyindən əziyyət çəkir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31