Bütün ciddi media subyektləri məlumatlarını Reyestrə daxil ediblər - Agentlik

Azərbaycanın bütün ciddi media subyektləri artıq öz məlumatlarını Media Reyestrinə daxil edib.

Olaylar.az bildirir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli Bakıda Milli Mətbuatın 148 illiyinə həsr olunmuş "Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar" mövzusunda konfransda çıxışı zamanı bildirib.

"Media haqqında" qanunun qəbulundan sonra görülən işlərdən danışan şöbə müdiri bu prosesin yekunlaşdığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31