Qida əlavələrinin keyfiyyəti araşdırılmalıdır - Adil Qeybulla

Bioloji fəallığa malik əlavələr qida rasionunu zənginləşdirmək məqsədi daşıyır. Bu məhsullar bitki, heyvan, mineral mənşəli olur və ya kimyəvi yolla alınır.

Bəs, onlardan hansı hallarda və necə istifadə olunmalıdır?

Olaylar.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən professor Adil Qeybulla qida əlavələrinin istifadəsi üçün həkim məsləhətinin vacib olduğunu bildirib.

Onun sözlərinə görə, qida əlavələrinin keyfiyyətini öyrənmək üçün sifariş olunan şirkətlər araşdırılmalıdır:

"Qida əlvələri dərmanlar kimi rafinasiya və identifikasiya olunmayan formul deyil. Müəyyən ekstraktlar, bitki və heyvan mənşəli bioloji aktiv maddələrdir. Bunlar da orqanizmin güclənməsi, vitamin çatışmazlığının aradan qaldırılması və s. kimi hallarda istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatının reyestrində dərman kimi qeydiyyatdan keçməyib. Amma dünyanın bütün ölkələrində bunların satışı var. Lakin bu maddələrdən istifadə etməzdən əvvəl həkim məsləhəti almaq vacibdir. Onların keyfiyyət parametri də ayrı bir mövzudur. Bu məsələ daha çox diqqətdə saxlanmalıdır. Ölkəyə hansı firmaların bioloji aktiv maddələrinin daxil olduğunu öyrənib, daha sonra araşdırma aparmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31