“Balamın birini digərinə qurban verdim” - Dənizdə batan Turalın anası
19 İyul 2023 23:50 Sosial16 yaşlı yeniyetmə Tural Məmmədov Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində nəzarətsiz ərazidə dənizə girdiyi üçün anasının gözü önündə batıb.
Olaylar.az xəbər verir ki, yeniyetmənin ailəsi dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat verib. Axşam saatlarından axtarışlara başlanılıb.
Yeniyetmənin meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Daha ətraflı Baku TV-nin süjetində:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31