Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib - FOTO
19 İyul 2023 12:22 SosialDövlət Gömrük Komitəsi yanında İctimai Şuranın tərkibi formalaşdıqdan və şura sədri müəyyən olunduqdan sonra qurum üzvləri ilə DGK rəhbərliyi arasında görüş keçirilib.
İyulun 18-də keçirilən görüşdə bildirilib ki, şəffaflıq, vətəndaş və sahibkar məmnuniyyəti gömrük orqanlarının əsas strateji hədəflərindəndir və bu istiqamətdə fəaliyyətin təşkili prosesində ictimai iştirakçılığa, vətəndaş cəmiyyəti, QHT-lərlə əməkdaşlığa xüsusi önəm verilir. Həmçinin gömrük sisteminin davamlı inkişafı istiqamətində ictimai nəzarətin mühüm əhəmiyyət daşıdığı vurğulanıb, bu sahədə Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın ümumi işə mühüm fayda verəcəyi diqqətə çatdırılıb və qarşılıqlı fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31