Seçiciləri daha çox hansı problemlər narahat edir? – ÖZƏL

Millət vəkili Vüqar Bayramov seçicilərinin fərdi qəbulunu keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Füzuli rayonu Kərimbəyli kəndində Rayon İcra Hakimiyyətinin və yerli dövlət orqanlarının iştirakı ilə seçicilərin fərdi qəbulunu həyata keçirdik. 20-dən çox seçicinin qayğılarını dinlədik və bəzi müraciətlər ilə bağlı yerində qərarlar qəbul etdik. Müraciətlər ev təmiri, məşğulluq, su təminatı, sosial təminat, səhiyyə xidməti, əlillik dərəcəsinin alınması və digər mövzuda idi. Görüşdə olan bəzi müraciətlər ilə bağlı yerində bir sıra digər dövlət qurumları ilə də telefon əlaqəsi saxladım və qaldırılan məsələləri qısa zamanda həll etməyə çalışdıq. Digər məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31