Xəzər dənizində baş verən zəlzələlərin Azərbaycana heç bir təsiri yoxdur - Seysmoloji Mərkəz

Bu gün Xəzər dənizində baş verən zəlzələlərin ( Dağıstan ərazisi və Türkmənistanla sərhəddə) Azərbaycana heç bir təsiri yoxdur və olması da mümkün deyil.

Olaylar.az xəbər verir ki, bunu AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. O bildirib ki, sosial şəbəkədə bununla bağlı yayılan məlumatların heç bir əsası yoxdur.

"Əsassız məlumatlara inanmayın və rəsmi məlumatları izləyin", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31