Hava şəraitinin qeyri-sabit keçməsi turizm obyektlərinin sahiblərinə ciddi ziyan vurur - Fuad Nağıyev

Azərbaycanda bir neçə müddətdir ki, hava şəraitinin dəyişkən keçməsi turizm imkanları üçün çətinlik yaradır.

Olaylar.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, yay mövsümü başlayandan hava şəraitinin qeyri-sabit keçməsi turizm obyektlərinin sahiblərinə ciddi ziyan vurur. Sədr söyləyib ki, çimərlik mövsümi iyunun 15-dən sentyabra kimi davam edir: "Bu il də yağışlı, küləkli günlərin sayının çox olması səbəbindən vətəndaşlar istirahətlərini planlaya bilmirlər. Sel, daşqınların turizmə vurduğu ziyan hələki hesablanmayıb".

Xatırladaq ki, yay mövsümü başlayandan ölkədə qeyri-sabit hava şəraiti qeydə alınıb. Bir çox bölgədən sel keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31