Dünən qatarda ölən metropoliten əməkdaşının - FOTOSU

 

Xəbər verdiyimiz kimi, dünən metronun "Elmlər Akademiyası" stansiyası istiqamətində "Dərnəgül-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarda sərnişin dünyasını dəyişib.

"Qafqazinfo" qəfil vəfat edən həmin şəxsin - Bakı Metropoliteninin Tunel qurğuları xidmətinin əməkdaşı, 1959-cu il təvəllüdlü Kamil Zeynalovun fotosunu təqdim edir.

Qeyd edək ki, hadisə vaxtı dərhal təcili tibbi yardıma müraciət edilsə də, K.Zeynalov həyatını itirib.

 

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31