“Dost axtarıram, yüksək maaş verəcəm...” - Bahardan ŞOK AÇIQLAMA
17 İyul 2023 10:08 Sosial"İşte benim stilim" verilişi ilə məşhurlaşan Bahar Candan izləyicilərini təəccübləndirib.
Fenomen yenə öz fikirləri ilə sosial mediada gündəm olub. Belə ki, Candan pul qarşılığında dost axtardığını bildirib.
"Çox yalnızam və sıxılıram. Dost axtarıram, maaşını verəcəm", - deyə o, şəxsi hesabında paylaşım edib. Bu istək sevənlərinin marağına səbəb olub.
Qeyd edək ki, B.Candan hüquq fakültəsinin tələbəsidir. O, gələcəkdə vəkil olmaq istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31