Hacı Nurana yüksək vəzifə verildi
15 İyul 2023 17:20 SosialAparıcı Hacı Nuran Hüseynov "Xarıbülbül" voleybol klubunun prezidenti seçilib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, bu barədə instaqram hesabında bildirib.
"Etimad və güvən hər bir insan üçün vacibdir. Demək ki, gördüyün işlər, çəkdiyin zəhmət əbəs deyilmiş. Bu dəqiqələrdə həyatımın ən böyük etimadlarından biri ilə qarşılaşdım."Xarıbülbül" voleybol klubunun prezidenti seçildim. Olduqca gözlənilməz, amma xoş bir təklif oldu. Qəbul etdim", - o yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31