Tarixçi alim "Bazardüzü" zirvəsində - FOTO

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı - Ümumi fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev "Bazardüzü" zirvəsinə yürüşdə iştirak edib.

Olaylar.az xəbər verir ki, "Azərbaycan Dağ Bələdçisi" komandası tərəfindən təşkil olunan yürüş 7-9 iyul tarixlərində baş tutub.

Qeyd edək ki, Azərbaycanın ən hündür zirvəsi olan "Bazardüzü" Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində, dəniz səviyyəsindən 4466 metr yüksəklikdə yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31