Gəncədə canına qıyan əsgərin FOTOsu
15 İyul 2023 10:32 SosialXəbər verdiyimiz kimi, Gəncədə N saylı hərbi hissədə xidmət edən əsgər özünü yataqxana binasından ataraq intihar edib.
Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, həyatına son qoyan əsgər, 2004-cü il təvəllüdlü Nurəddin Hüseynov Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbə sakini olub. Onun nəşi ailəsinə təhvil verilib və Mərdəkanda dəfn edilib.
Mərhum əsgərin fotosunu təqdim edirik.
Qeyd edək ki, əsgərin intiharı ilə bağlı Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Artıq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31