Hacı Madər: satıcılıqdan böyük biznesə yolun sonu...

Xəbər verdiyimiz kimi, bu gün millət vəkili Madər Musayev vəfat edib.

Olaylar.az Axar.az -a istinadən xəbər verir ki, cəmiyyətdə daha çox "Hacı Madər" kimi tanınan Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.

O, Moskva Koperativ İnstitutu Bakı filialının Sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986-1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

Bundan başqa, M.Musayev XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib. 25 noyabr 2022-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Qeyd edək ki, o, Azərbaycan Milli Məclisinin üzvü, bitərəf, eyni dairədən 6 dəfə təkrar seçilən, ard-arda müstəqillik dövründə 6 dəfə, ümumilikdə 7 dəfə seçilən yeganə millət vəkili olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31