Azərbaycanda ölüm göstəricisi azalıb
13 İyul 2023 12:06 SosialAzərbaycanda ölüm göstəricisi azalıb.
Dövlət Statistika Komitəsindən Olaylar.az-a verilən məlumata görə, ölkədə cari ilin yanvar-may ayları ərzində 26150 ölüm halı qeydə alınıb və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,7-dən 6,2-yə düşüb.
Ümumilikdə əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı 2023-cü il iyun ayının 1-i vəziyyətinə 10148057 nəfər təşkil edib.
Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31