Bina sakinlərinin NƏZƏRİNƏ: Bu kommunal xidmətin qiyməti artdı
13 İyul 2023 11:10 SosialBakıda bəzi bina sakinlərinə "Azəristiliktəchizat" ASC tərəfindən bildiriş gəlib.
Sakinlər bildirirlər ki, sakinlərə göndərilən bildirişdə isti su tariflərinin iyul ayının 1-dən dəyişiklik edildiyi qeyd edilib.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən "Azəristiliktəchizat" ASC-in mətbuat katibi bildirib ki, isti su tarifləri 2017-ci ildən etibarən Tarif Şurası tərəfindən tənzimlənmir.
"Buna görə də isti su tarifləri Səhmdar Cəmiyyətin bu yöndə xərclərini tam əhatə etməklə hesablanır. Hazırda isti su tarifləri 3413 mənzil əhatə edir", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31