İnsan bədəni neçə dərəcə istiyə dözə bilər? - Araşdırma
13 İyul 2023 10:24 SosialKeçən ay Avropada ən isti iyun ayını yaşayan mütəxəssislər bədənimizin nə qədər istiyə tab gətirə biləcəyini müəyyən ediblər.
Olaylar.az Bakupost.az-a istinadən xəbər verir ki, Londondakı Roehampton Universitetinin tədqiqatçıları tərəfindən nəşr olunan yeni araşdırmaya görə, insan orqanizminin 40 ilə 50 dərəcə selsi arasında dözə biləcəyi "üst kritik temperatur" həddi var.
Həmçinin bildirilib ki, körpələr və yaşlıların ürək-damar sistemləri yüksək temperaturlara yaxşı reaksiya vermədiyi üçün həddindən artıq istilərə ən həssas kateqoriyalar arasındadır.
Qeyd olunub ki, bu temperatura çatdıqdan sonra bədənimiz ürəkbulanma, başgicəllənmə, baş ağrısı və huşunu itirməyə səbəb olan "isti stressi" yaşayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31