Zəngəzur dəhlizi ilə əlaqədar Naxçıvanda dəmiryol yenidən qurulacaq

Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasında dəmiryol infrastrukturunun yenilənməsini zəruri edir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, bu səbəbdən dəmiryol infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31