Hər il göllərə, çaylara və dənizlərə 19-23 milyon ton tullantı atılır

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin ciddiliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyunun "Dünya ətraf mühitin mühafizəsi günü" kimi qeyd olunmasına qərar verildi və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlandı. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, hər il bir deviz altında keçirilən bu günün cari ildəki şüarı "Plastik çirklənməyə qalib gəl: Ekosistemin bərpası"dır. Dünyada hər il 400 milyon tondan çox plastik istehsal olunur ki, bunun da yarısı yalnız bir dəfə istifadə üçün nəzərdə tutulub. Bu tullantıların 10 faizdən az hissəsi təkrar emal olunur. Hər il göllərə, çaylara və dənizlərə təxminən 19-23 milyon ton tullantı atılır.

Atılan və ya yandırılan birdəfəlik plastik tullantı insan sağlamlığına, biomüxtəlifliyə zərər verir və dağ zirvələrindən tutmuş okean dibinə qədər bütün ekosistemləri çirkləndirir. Problemin həlli üçün dünyada bütün hökumətlər, şirkətlər və digər maraqlı tərəflər tədbirləri genişləndirməli və sürətləndirməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31