Qadınların ağır və ziyanlı sahələrdə işləmələri qadağandır - ÖZƏL

"Qadınların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunu artırmaq məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Azərbaycanda qadınların rolunun artırılmasına dair" və "Dövlət Qadın Siyasətinin Həyata Keçirilməsi Haqqında" imzalanan  Sərəncam və Fərmanlar müstəsna əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə gender bərabərliyi üzrə ilkin istinad edilən sənəd Azərbaycan Respublikasının Konstitusiyasıdır: "Konstitusiyanın 25-ci maddəsində kişi və qadın arasında hüquq və azadlıqlar bərabərliyi təsbit edilmişdir.  Bu sənəddən irəli gələrək  digər qanunvericilik və normativ-hüquqi aktlarda da bərabərliyin qorunması və cinsi mənsubiyyətə görə ayrı seçkiliyin aradan qaldırılması sahəsində hüquqi çərçivə müəyyən olunmuşdur. Məsələn, Əmək Məcəlləsinə görə əmək münasibətləri müstəvisində cinsə görə işçilər arasında hər hansı ayrı-seçkiliyin qoyulması və ya hüquqların məhdudlaşdırılması qadağandır. Eləcə də hamiləlik və uşağa süd verməni əsas götürərək, qadınları işə götürməkdən imtina etmək, həmçinin, bu səbəblərə görə qadınların əmək haqlarının azaldılması qadağandır. Əmək Məcəlləsinin digər maddəsinə görə qadınların ağır və ziyanlı sahələrdə işləmələri qadağandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31