İki sertifikatlaşdırmada yüksək nəticə göstərirən müəllim üçüncüdən azad edilsin-Təklif - ÖZƏL
5 İyun 2023 10:57 SosialMillət vəkili Vüqar Bayramov müəllimlər üçün sertifikatlaşdırma imtahanlarının sayının azaldılması və bu məslədə differensial yanaşmanın tətbiqini təklif edib. Bu barədə "Olaylar"a məlumat verən millət vəkili qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir: "Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə differensial uyğunlaşdırılmalıdır. Bu müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 80 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki sertifikatlaşdırmada ardıcıl 80 faiz və daha yüksək nəticə göstərirsə o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi hesab edilməsin".