Azərbaycan Avrasiya məkanının enerji xəritəsini dəyişdirib - ÖZƏL

"Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi uğurlu enerji siyasəti Azərbaycanın bu sahədə dünyada getdikcə daha qabaqcıl mövqelərə sahib olmasını şərtləndirir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili  Kamaləddin Qafarovun sözlərinə görə, Azərbaycan hazırda nəhəng enerji infrastrukturu yaratmaqla Avrasiya məkanının enerji xəritəsini dəyişdirib: "Ölkəmizin artan nüfuzu Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin də əhəmiyyətinin getdikcə artmasına səbəb olur. Mayın 31-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi də bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sahəsində ən önəmli beynəlxalq platformalardan biri sayılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31