"İctimai TV"nin tanınmış siması kanalı tərk etdi - FOTO

Tanınmış aparıcı Vüsalə Səid Eyyubqızı İctimai TV-dəki işindən ayrılıb.

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə o özünün "Facebook" səhifəsində məlumat verib.

Teleaparıcı səbəbini açıqlamasa da, öz istəyi ilə işdən çıxdığını və İTV rəhbərliyinə təşəkkürünü bildirib.

Vüsalə Səid sözügedən telekanalda "İtvtech" verilişinin aparıcısı idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31