Tovuz və Masallı rayonlarında “Yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirici təlim keçirilib
23 May 2023 12:10 SosialMeşə yanğınlarının qarşısının alınması məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının və kənd sakinlərinin iştirakı ilə Tovuz və Masallı rayonlarında "Yanğın təhlükəsizliyi" mövzusunda təlim keçirilib. "Olaylar" xəbər verir ki, təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metdoları əyani olaraq göstərilib. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31