Suriyadan ölkəmizə repatriasiya edilmiş daha 11 şəxsin sosial-psixoloji reabilitasiyasına başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya edilmiş daha 11 Azərbaycan vətəndaşının sosial-psixoloji reabilitasiyasına başlayıb. Onlardan 3-ü qadın, 8 nəfəri uşaqdır. Nazirlikdən "Olaylar"a bildirilib ki, Agentliyin sosial işçi və psixoloqları repatriantlarla fərdi plan əsasında iş aparır. Repatriantların psixoloji vəziyyətlərinin qənaətbəxş olmadığı nəzərə alınaraq mütəxəssislər tərəfindən onların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.  Ümumilikdə isə İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 400-dən çox şəxs Sosial Xidmətlər Agentliyi tərəfindən hər biri üzrə reabilitasiya planı hazırlanmaqla sosial reabilitasiya və reinteqrasiya xidmətləri ilə təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31