Dövlət Gömrük Komitəsinin sədri Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov mayın 25-də saat 10:00-da Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi pr. 535) Gəncə şəhərindən, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Gəncə şəhəri, Samux və Kəlbəcər rayonları  sakinlərinin  gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31