Xaçmazda əmək yarmarkası keçiriləcək

Mayın 23-də Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının dəstəyi ilə Xaçmaz şəhərində əmək yarmarkası keçiriləcək. "Olaylar" xəbər verir ki, Xaçmaz şəhərində baş tutacaq tədbirdə Quba, Qusar və Xaçmaz üzrə 38 müəssisə tərəfindən 1351 vakansiyanın təqdim olunması gözlənilir. Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (http://www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Ünvan: Xaçmaz şəhəri, Bakı prospekti 83 (Xaçmaz Olimpiya İdman Kompleksi)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31