Konstitusiya Məhkəməsinin qərarında səhv?

"Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsini şərh edib və qərar qəbul edib. KM plenumu qərarı 11 aprel 2023-cü il tarixində verib. Neçə gündür jurnalistlər sual verir və biz də sadə dildə izah edirik. Təəssüf ki, əksrəyyət yenə də təhrif olunmuş şəkildə yazılar verir". "Olaylar" xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib. Bildirib ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir" müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir: "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Yeri gəlmişən KM-in Qəranın bu hissəsi bir qədər ziddiyyətli görünə bilər. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər" . Əmək Məcəlləsində də belə yazılıb. Amma sonrakı bəndlər əlavə olunub və həm də KM-in ayrıca bir qərarı var bu maddə ilə bağlı. Yəni hazırda fərdi əmək mübahisəsinə başlayan tərəfin qərarda göstərildiyi kimi birbaşa məhkəməyə müraciət hüququ yoxdur. Tərəf ilk növbədə mediasiyaya müraciət etməlidir.  Belədə KM-in bu qərarını əsas kimi götürb məhkəməyə birbaşa idda verilsə necə olacaq? Onda gərək KM bir də öz qərarına şərh verə".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31